25 dekabr 2023 at 22:05
Jurnalist kodu: 5487
Xəbər kodu: 85333443
T T
0 Persons

Tags

2700-dən çox universitet müəlliminin Əmir Abdullahiyana açıq məktubu

Tehran - İRNA - Ölkə universitetlərinin bir qrup bəsici müəllimi Xarici İşlər nazirinə məktubla müraciət edərək, diplomatik aparatdan istəyiblər ki, sionist rejimin vəhşicəsinə qan axıtması və soyqırım törətməsinə son qoymaq üçün bütün səyini göstərsin, təcavüzkar və Qüdsü işğal etmiş rejimi tam məğlub etmək üçün mümkün olan hər addımı atsın.

İRNA-nın məlumatına görə, sionist rejimin Qəzzə əhalisinə qarşı törətdiyi cinayətlərin ardınca ölkə universitetlərinin bir qrup bəsici müəllimi Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyana açıq məktubla müraciət edərək bildiriblər: “Ötən əsrin bənzəri olmayan hadisəsindən 75 gün ötdü və Qəzzanın məzlum əhalisindən 75 mindən çox insan şəhid oldu və yaralandı. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin sözü ilə desək, bu hadisə Qərbi rüsvay etdi. İngiltərə, Amerika və sionist rejimin bütün tərəfdarları bütün bu qəddarlıq və uşaq qırğınlarına görə rüsvay oldular. Uşaq qatili olan sionist rejimə yardım göndərməklə öz xəbis mahiyyətlərini nümayiş etdirən ikiüzlü hökumətlər, eləcə də sükut və həqarəti seçən xasiyyətsiz hökumətlər də rüsvay oldular. Bir sözlə, Qərb sivilizasiyasının əsl siması, Qərbin insan haqları və liberalizm fəlsəfəsindəki demokratiyanın reallığı üzə çıxdı.”

Universitet müəllimləri Əmir Abdullahiyana ünvanladıqları məktubunda vurğulayıblar: “Bu gün dünya: ləyaqətlilər və şərəfsizlər olmaqla ikiqütblülük içindədir. Bu, məzlum Qəzza əhalisinin müqavimətinin ən böyük nailiyyətidir.”

 

0 Persons

Sizin rəyiniz

You are replying to: .